Kriminal

Bakıda ƏMƏLİYYAT: Səkkiz nəfər 44 kiloqram narkotiklə ələ keçdi - FOTO

26 Avqust 2025 11:40
Baxış: 434
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən səkkiz nəfər - Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən bir kiloqram heroin, iki kiloqrama yaxın tiryək, bir kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.