Hadisə

“Sədərək”dəki yanğınla bağlı cinayət işi başlanıldı

26 Avqust 2025 11:24
Baxış: 544
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Sədərək" Ticarət Mərkəzi ərazisində yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, cinayət işi Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə açılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən yanğınla bağlı cinayət işi başlanmasını təsdiq ediblər.

***

"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.