İdman

Almaniya klubu azərbaycanlı futbolçunu cəzalandırdı

26 Avqust 2025 11:19
Baxış: 437
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu "Dinamo Berlin" tərəfindən cəzalandırılıb.

Milli.Az xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Almaniya Kubokunun 1/32 final mərhələsində "Bohum"la ev oyununda qırmızı vərəqə almasıdır.

Berlində baş tutan və 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşan matçın 103-cü dəqiqəsində Dadaşov rəqibin üzünə zərbə vurduğu üçün meydandan qovulub.

Komandası isə qalan dəqiqələrdə daha iki qol buraxaraq, 1:3 hesabı ilə məğlub olub və ölkə kubokundan kənarlaşdırılıb.

Birbaşa qırmızı vərəqə millimizin keçmiş forvardının kubok yarışlarından ikioyunluq diskvalifikasiyası ilə nəticələnib. Bununla yanaşı, klub rəhbərliyi də Dadaşova müəyyən məbləğdə cərimə kəsmək qərarına gəlib.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda beş qol vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.