Kriminal

Emin İbrahimova hökm oxundu

11 Aprel 2025 19:11
Baxış: 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş diplomat Emin İbrahimovun bir nəfəri bıçaqlamaqda təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə heyəti müttəhimi təqsirli hesab ediblər.

Hökmə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə elan edilmiş ittiham ləğv edilib. O, qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il  müddətə azadlıqdan məhrum edilib.

Müttəhim ittihama münasibətdə özünü təqsirli bilməyib. Son sözündə bəraət istəyib.

Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Emin İbrahimov səki ilə hərəkətdə olarkən onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə dəyib. Bu səbəbdən tərəflər arasında yaranan mübahisə nəticəsində E.İbrahimov üzərində gəzdirdiyi bıçaqla Kamal Şükürovu qarın nahiyəsindən bıçaqlayıb. Zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.