Ölkə

Aprelin 15-dən 28-dək davam edəcək

8 Aprel 2025 12:10
Baxış: 14 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 15-dən 28-dək "π-Puppid" meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən məlumata görə, "π-Puppid" (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən "26P/Grigg-Skjellerup" kometi ilə əlaqələndirilir. Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.

"π-Puppid" meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.