Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə "Turan Tovuz" evdə "Sabah"la qarşılaşıb.
Görüş meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb - 2:1.
Günün digər matçında "Sumqayıt" "Şamaxı" ilə qarşılaşacaq.
Qeyd edək ki, turun ötən gün keçirilən oyununda "Səbail" "Qarabağ"a böyük hesabla uduzub. "Kəpəz" - "Araz-Naxçıvan" və "Neftçi" - "Zirə" matçları isə sabah keçiriləcək.
Milli.Az