Bakıda taksi REYDİ: 61 sürücüyə cərimə yazıldı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda taksi sürücülərinə qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan "Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa Nizami RPİ DYŞ-nin əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədi ilə profilaktik tədbirlər təşkil edilib. Son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub.
Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Onu da vurğulayaq ki, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobillər taksi fəaliyyətinə cəlb edilə bilməzlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda





