Kriminal

Mingəçevirdə məktəbli bıçaqlandı - VİDEO

9 Mart 2025 23:18
Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə məktəbli bıçaqlanıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 16 yaşlı yeniyetmə tanışı tərəfindən söyüşə görə bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Polisə məlumat daxil olan kimi hərəkətə keçilib. Hadisəni törədən şəxs axtarılır.

Qeyd edək ki,bıçaq yarası alan şəxs Mingəçevirdə yerləşən 4 saylı orta məktəbdə təhsil alır. Məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.