Hindistanın Uttar Pradeş ştatında qeyri-adi hadisə baş verib. Toydan cəmi iki gün sonra gəlin uşaq dünyaya gətirib. Bu xəbər təkcə bəyi deyil, onun ailəsini də şoka salıb.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, dəbdəbəli toydan sonra yeni evlənənlər bəy evinə yollanıblar.
Ertəsi gün gəlin qəfil qarnında kəskin ağrı hiss edib və əzab içində qışqırmağa başlayıb. Onu təcili xəstəxanaya çatdırıblar və məlum olub ki, o, doğum ərəfəsindədir. Qəribədir ki, nə qadının özü, nə də əri onun hamiləliyindən şübhələniblər. Uşağın sağlam doğulması ailədaxili fikir ayrılıqlarının başlanğıcı olub.
Qayınata gəlinin ailəsini həqiqəti gizlətməkdə ittiham edərək, ailəsinin onları aldatdığını iddia edib. Öz növbəsində, gəlinin əsəbiləşən atası bildirib ki, toydan əvvəl qızının həyat yoldaşı ilə intim münasibəti olmayıb.
Qayınata isə məhkəməyə getməyə hazır olduğunu bildirərək bütün hədiyyələrin qaytarılmasını tələb edib. O, gəlinini və uşağını evinə qəbul etməyəcəyini vurğulayıb. Bu arada gəlinin anası yeni qohumlarını fidyə almaqda, lakin indi qızı tərk etməkdə ittiham edib.
"Qızımı almaqdan imtina etsələr, uşağı özümüz böyüdəcəyik, amma o, uşağı qəbul etməsə, o, öləcək" deyə ana bildirib.
Nəhayət, gənc ana və uşaq bütün ailə qarışıqlıqlarını geridə qoyaraq valideynlərinin evinə qayıdıblar.
Milli.Az