Təhsil

Gülbəniz Bayramova şiddətli töhmətlə İŞDƏN ÇIXARILDI

7 Mart 2025 18:45
Baxış: 12 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Milli.Az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, bir müddət əvvəl həmin məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddialar yayılıb. Məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığıldığı bildirilib. İddialar əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilmişdi ki, səsyazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib və adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.