Dünya

Rubio: “Starlink” olmasaydı Ukrayna müharibəni uduzardı

10 Mart 2025 00:48
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ Ukraynanı "Starlink" peyk rabitə sistemindən kəsmək niyyətində deyil, bunsuz Kiyev münaqişəni uduzardı".

Milli.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X" hesabında deyib.

O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rəqəmsallaşdırma Nazirliyinin Ukrayna üçün "Starlink"ə ildə təxminən 50 milyon dollar ödəməsi ilə bağlı bəyanatını şərh edib.

"SpaceX" şirkətini Kiyevi "Starlink" sistemdən ayırmaq istəyinə görə tənqid edən Sikorskinin dediklərinin həqiqətə uyğun olmadığını deyən Rubio sözlərinə belə davam edib:

"Siz sadəcə uydurursunuz. Heç kim Ukraynanı "Starlink"dən kəsməklə hədələməmişdi. Siz həm də minnətdar olmalısınız. Çünki "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar." /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.