Həzmsizlik kimi göründü, lakin nadir xərçəng növü olduğu ortaya çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə yaşayan 44 yaşlı, üç uşaq atası Neil Morris 2023-cü ilin noyabrında 100 km velosiped sürdükdən sonra boynunda və sinəsində həzmsizlik hiss etdi. Əvvəlcə buna əhəmiyyət verməsə də, simptomlar davam edəndə həkimə müraciət etdi.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki,müayinələr zamanı Morrisin döş qəfəsində qan laxtası və böyük bir kütlə aşkarlandı. Daha sonra Morrisə nadir xərçəng növü - kəskin limfoblastik leykemiya diaqnozu qoyuldu.
Bu xəstəlik sümük iliyində yaranaraq qan hüceyrələrinin istehsalını pozur. Böyük Britaniyada hər il cəmi 765 nəfərə bu diaqnoz qoyulur və 40 yaşdan yuxarı xəstələrin yalnız dörddə biri beş ildən sonra sağ qalır.
Morris əvvəlcə kimyaterapiya və radioterapiya aldı, lakin onu xilas edən Almaniyadan olan bir donordan kök hüceyrə transplantasiyası oldu. Donor tapmaq çətin idi, çünki Morrisin bioloji bacı-qardaşı yox idi. Lakin şans nəticəsində genetik uyğunluğu tam olan bir donor tapıldı və bu, onun sağ qalmasını təmin etdi.
Morrisin həyat yoldaşı Jenny naməlum donorun həyatlarını xilas etdiyini vurğulayaraq, bu fədakar insana təşəkkürlərini bildirdi. O, həmçinin insanları kök hüceyrə donorluğuna təşviq edərək, bunun sadə bir proses olduğunu və həyat qurtara biləcəyini qeyd etdi.
Kəskin limfoblastik leykemiya ümumi xərçəng diaqnozlarının cəmi 1 faizini təşkil edir və əsasən uşaqlarda müşahidə olunur. Yorğunluq, nəfəs darlığı, solğun dəri, yüksək hərarət, göyərmələr, qanaxmalar, sümük ağrısı və mədə narahatlığı bu xəstəliyin əlamətləri arasındadır. Mütəxəssislər bu simptomları hiss edənlərin dərhal həkimə müraciət etməli olduğunu bildirirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
1 şüşə mineral su ilə xırtıldayan gül kələmi qızartması resepti
-
2026-cı ilin sonuna qədər varlanacaq bürclər
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
Wi-Fi routerini gecələr söndürün
-
Yarım qalan hər şey beynimizi məşğul edir: Zeyqarnik effekti nədir?
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama





