Hadisə

DSMF-dən filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama - yenilənib

9 Mart 2025 08:08
Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:08

Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov "Toyota" markalı avtomobili ilə piyadanı vuraraq öldürməkdə şübhəli bilinir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.

Bildirilib ki, Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

"Hadisədən dərhal sonra Tural Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcəkdir", - qurumun mətbuat katibi Rəşad Mehdilinin "Facebook"da yaydığı açıqlamada deyilir.

--------
23:37

Xəbər verdiyimiz kimi Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

--------
23:37

Xəbər verdiyimiz kimi Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.

-------
23:11

Qaxda maşın piyadanı vuraraq öldürüb.

Milli.Az-ın məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.