Kriminal

"TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI

13 Fevral 2025 11:56
Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəna Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Milli.Az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən R.Əsədovaya şərti cəza verilib.

İttihama görə, hadisə 2024-cü ildə Bərdə şəhəri, "Təzə Məhəllələr" adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki, Rəna Əsədova əri, zərərçəkmiş Mahir Əsədovun (şərti) istifadəsində olan mobil telefonda şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər qadınla sevgi xarakterli, habelə həmin qadına göndərilmiş mesajların arasında onun şəxsiyyətinin alçaldılması ilə bağlı olan mesajları görüb. Sonra qadın ərini yuxudan oyadıb, evin mətbəx otağına çağırıb. O, orada ərindən etdiyi xoşagəlməz hərəkətlərə görə izah tələb edərkən aralarında şəxsi münasibətləri zəminində mübahisə baş verib. Bu zaman Rəna mətbəxdən götürdüyü şüşə sürahi ilə Mahirin kəllə nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirib.

Rəna Əsədova məhkəmədə ifadəsində bildirib ki, əri Mahir "TikTok"da tanış olduğu qadınla ona xəyanət edib.  /Pravda.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.