"Saxta reseptləri rəngli printerdə hazırlayırdıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan 3 nəfərdən ibarət dəstə üzvünün növbəti məhkəməsi keçirilib.
Milli.Az-ın məlumatına görə, hakim Aytən Əliyeva iclasda sənədlərin tədqiqinə keçib. Məlum olub ki, hər üç təqsirləndirilən şəxsdən psixotrop dərmanlar aşkar edilib. Müşfiq Şahbazovdan isə tərəzidə aşkar edilib. Həmçinin 2 nəfər hal şahidinin məcburi qayda da məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.
Məhkəmənin növbəti iclası 17 fevral tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən 2-si həbsdə, Əzizə Əliyeva barəsində isə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
İttiham aktına görə, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyeva tutulublar.
Təqsirləndirilən şəxs Müşfiq Şahbazovun sözlərinə görə, reseptləri rəngli printerdə Əzizə hazırlayıb: "Mən kimsə dərman istəyəndə resept verirdim, dərman yox. Reseptə kimin adını istəsəm yazırdım".
Onlardan ümumilikdə psixotrop tərkibli 950 ədəd, o cümlədən 350 ədəd pregabalin, 600 ədəd tramadol həbləri və külli miqdarda metamfetamin aşkar edilib.
Qeyd edək ki, Ə.Əliyeva evində hazırladığı saxta reseptləri dəstə üzvlərinə təqdim edərək psixotrop maddələrdən tərkibli dərmanların əldə olunaraq qanunsuz dövriyyəsinin təşkilinə şərait yaradıb. /"Unikal"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan da siyahıda idi: ABŞ-dan viza qərarı
-
Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır - (Video)
-
Faiq Ağayevə ağır itki üz verdi
-
Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
-
Acunun komandası ilk turda “Mançester Yunayted”i məğlub etdi
-
Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Azərbaycanda makaron istehsalı 4 %-dən çox artıb
-
Keçmiş məktəb direktoru vəfat etdi
-
Bakıda futbolçu öldü
-
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib
-
İstanbul çimərlikləri bağlandı
-
10 min manat dəyərində məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar
-
“Liverpul”un 18 yaşlı müdafiəçisi İspaniya klubuna icarəyə verildi
-
Azərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirilib
-
Azərbaycanda bu məhsullar bahalaşıb
-
Dənizdə batdığı deyilən şəxs xaricə gedibmiş
-
Bir ay buludlara baxıb 8900 dollar qazandı – (Foto)
-
Sumqayıtda ev yandı - Yenilənib
-
Türkiyədə helikopter qəzası baş verdi
-
Estoniyanın keçmiş Baş naziri Siim Kallas vəfat edib
-
İngiltərə millisinin oyunçusu "İnter"də!
-
Tehran Qətərdə saxlanılan pilotların təxliyəsini istəyir





