Şou-biznes

Cavidandan Xalq artistinə CAVAB - FOTO

13 Fevral 2025 14:20
Baxış: 2 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Əli Nur aktyor Cavidan Novruzun Akademik Milli Dram Teatrından uzaqlaşdırılmasını ilə bağlı qalmaqallı açıqlamar verib.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Cavidan instaqram səhifəsində post yayımlayıb.  

Aktyor Xalq artistinin səsləndirdiyi fikirlərə bu sözlərlə cavab verib:

"Həmişə qışqıran, rahatlıqla kiminsə ailəsinə dil uzadan, söyüşlə danışan adamların günahı olur. İnanın ki, bu belədir. Belə insanlar hər zaman yalan danışır. Həmişə bağıra-bağıra danışan, çox tez-tez bir şeyi söyüşlə, qışqırtı ilə izah edən adamlar yalançı olur. Susacağam... Nə deyilsə belə susacağam. Heç kimə cavab verməyəcəyəm. Lazım gəlsə təklikdə cavab verəcəyəm".

Qeyd edək ki, Əli Nurun əsəbiləşməsinə səbəb Cavidanın "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözləri olub.  /olay.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.