İdman

Neymar kompüterdə 11345 saat oyun keçirib - FOTO

13 Fevral 2025 14:29
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyalı futbol ulduzu Neymarın "Counter-Strike 2" oyununa marağı təəccüblü həddə çatıb.

Milli.az xəbər verir ki, ulduz oyunçunun məşhur FPS oyununda 11 min 345 saat keçirdiyi məlum olub. Bu, bir ildən çox fasiləsiz oyuna bərabərdir.

Futbolçu karyerası boyunca meydanda ciddi təsir bağışlayan Neymar Barselonada olduğu müddətdə rəsmi oyunlarda cəmi 256 saat oynayıb. Bu rəqəm onun Counter-Strike 2"də keçirdiyi vaxtdan xeyli aşağıdır.

Qeyd edək ki, son zamanlar meydanda o qədər də aktiv olmasa da, virtual aləmdə həddindən artıq aktiv olan Neymar tez-tez Counter-Strike 2" oyununa həvəsi ilə gündəmə gəlir.

İlqar Şabanov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.