Ölkə

DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT

13 Fevral 2025 15:32
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə DYP məlumat yayıb.

Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, fevralın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağış yağacağı, dağlıq rayonlarda yolların buz bağlaması gözlənilir.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yağışlı havalarda sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qəfil manevr və kəskin tormazlama etməkdən çəkinməyə, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan mövsümə uyğun təchiz edilməyən, xüsusilə şinləri qış mövsümünə uyğun olmayan, eləcə də texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin mümkün qədər təxirə salınması, təcrübəsiz sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.