İdman

"Barselona"nı məhkəməyə verəcək

13 Fevral 2025 14:47
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol agenti İsaak Lopes İspaniyanın "Barselona" klubunu məhkəməyə verəcək.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 2022-ci ildə "Sevilya"dan Kataloniya təmsilçisinə keçən Jül Kundenin transferindən 3 milyonluq komissiyanın hələ də ona ödənilməməsidir.

Müqavilə şərtlərində yer alan bəndə əsasən, qarşı tərəf ona sözügedən məbləği ödəməli olsa da, üzərinə düşən öhdəliyi yerinə yetirmir.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi "Barselona"nın heyətində 124 oyun keçirib və 6 qol vurub.  "Report" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.