Almaniyanın Münhen şəhərində naməlum şəxs avtomobilini bir qrup insanın üzərinə sürüb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, ilkin məlumata görə, ikisi ağır olmaqla 20 nəfər yaralanıb. Münhen polisi hadisə yerində genişmiqyaslı əməliyyata başlayıb və avtomobilin sürücüsünü nəzarətə alıb.
Hadisənin Münhen Təhlükəsizlik Konfransından əvvəl baş verməsi terror hücumu ehtimalını gündəmə gətirib. Hücumun Dachauer bölgəsində Verdi mitinqi zamanı baş verdiyi və sürücünün nümayişçilərin arasına sürdüyü bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivini araşdırır və təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Fidan
Milli.Az