İdman

"Tottenhem"də bir dövrün sonu

13 Fevral 2025 19:06
Baxış: 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in kapitanı Son Hın Min komandadan ayrılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, London klubu cənubi koreyalı vingerlə yollarını ayırmağı planlaşdırır.

Klub rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Təcrübəli oyunçunun yeni mövsümə başqa klubda başlayacağı gözlənilir.

Qeyd edək ki, "Tottenhem" Son Hın Mini 2015-ci ilin avqust ayında "Bayer Leverkuzen"dən transfer edib. Cənubi Koreya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda on qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.