Ölkə

MSK bələdiyyə seçkilərinə yekun vuracaq - Bu tarixdə

13 Fevral 2025 18:50
Baxış: 1 320
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Milli.Az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi daxil edilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il fevralın 18-dək olan müddəti əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.