Sosial şəbəkələrdə Bakıda 280 saylı məktəbin yaxınlığında bir qrup məktəblinin şagirdi döyməsi ilə bağlı videolar yayılıb.
Trend həmin görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Trend-ə bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Milli.Az