Ölkə

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi

13 Fevral 2025 18:44
Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir.

Məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Dadaxan oğlu Mərdəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Fevralın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.