Kriminal

Xaçmazdakı cinayətin DETALLARI - YENİLƏNİB

3 Fevral 2025 08:09
Baxış: 5 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:09

Xaçmazda kişi bıçaqlanıb, onun həyat yoldaşı isə maşınla vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.

Belə ki, 41 yaşlı Azər Şərifov qohumu, 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.

İddiaya görə, o, daha sonra Rahim Məmmədovun həyat yoldaşı, 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.

Bıçaq xəsarəti alan Rahim Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb. Onun iddiasına görə, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb.

Yaşanan bu hadisədən sonra həm bıçaq xəsarətləri alan Rahim Məmmədov, həm də maşınla vurulan qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

----------------
2025.02.01

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az-ın Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar. 

Hadisənin təfərrüatı araşdırılır. (Unikal)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.