Kriminal

Türkan Gündüzü öldürən ərinə bu cəza verildi - FOTO

9 Yanvar 2025 13:47
Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plastik cərrah Türkan Gündüzü öldürməkdə ittiham olunan əri Muhammet Gündüzün məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Türkiyə vətəndaşı Muhammet Gündüz xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2023-ilin mayında baş verib. M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.