50 yaşlı kişi arvadını əxlaqsızılıqda günahlandırıb, anasını yaraladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Xəzər rayonunda 1974-cü il təvəllüdlü Teymur ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Tahirəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Milli.Az bildirir ki, Demokrat.az-ın məlumatına görə, hadisəni törədən Teymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O qeyd edib ki, zərərçəkmiş Tahirə onun anasıdır və hazırda eyni ünvanda yaşayırlar:
"Hadisə günü, saat 14:15-də yaşadığım evdə olarkən spirtli içki qəbul etdim. Sonra arvadım Şəhla ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb arvadım Şəhlanın işə rəfiqəsinin ərinin avtomobili ilə getməsi olub. Ondan həmin avtomobillə işə getməməsini tələb etmişəm. Lakin Şəhla bu tələbə məhəl qoymadı. Mübahisə zamanı bizi sakitləşdirməyə çalışan anam Tahirə araya girdi. Mən isə əsəbiləşərək anamı vuraraq ona müxtəlif bədən xəsarətləri yetirdim".
Şahid qismində ifadə verən Şəhla qeyd edib ki, Teymur ilə 1995-ci ildə rəsmi ailə həyatı qurub və birgə nigahlarından üç övladı var. Onun sözlərinə görə, dəfələrlə yaşadıqları evdə münaqişələr olub.
Şəhla qeyd edib ki, əri Teymur spirtli içki aludəçisidir və hər dəfə onu əxlaqsızlıqda ittiham edərək əsasız yerə qısqanclıq zəminində münaqişə yaradıb.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. O, cinayət məsuliyyətindən azad edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)





