15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər “satırdı”, həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə ay əvvəl vəzifədən azad edilən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyin 20 saylı MKS-nin rəisi Anar Abbasov həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü A.Abbasov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci (Külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması) maddələri ilə açılmış işin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb.
Belə ki, o, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. O, boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzili 15.000 manat, üç otaqlı mənzili 20.000 manat, dörd otaqlı mənzil isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 00 və 186 000 manat pul alıb. Bu məqsədlə A.Abbasov saxta möhür hazırlatdıraraq sənədləri saxtlaşdırıb. O, zərərçəkmiş şəxslərdən pulu Sumqayıt şəhər Məhəmməd Əsədov küçəsində yerləşən xidməti otağında alıb.
Lakin bir müddət sonra A.Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasov yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilinib. Ona 8 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan sabiq rəis məhkəmə zalındaca həbs edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
XƏBƏR LENTİ
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)





