Kriminal

Boşanan arvadını məhkəmə binasında öldürdü - FOTO

5 Noyabr 2023 17:31
Baxış: 3 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ər arvadını öldürüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə İzmir şəhəri Seferihisar məhkəməsinin inzibati binasında baş verib. Bir müddətdir əri Alettin Keçkin ilə münaqişələri bitməyən 23 yaşlı Neşe Keçkin boşanma ərizəsi yazmaq üçün adı çəkinlə məhkəmə binasına gəlib. Bunu eşidən ər də onun arxasınca gələrək arvadını fikrindən daşındırmağa çalışıb.

Arvadı razı olmadığı üçün ona bıçaqla hücum edib. Bu zaman yaxınlıqda olan polis əməkdaşı müdaxilə etmək istəyib. Lakin A. Keçkin onun əlindən çıxaraq məhkəmə binasına daxil olan arvadına çata bilib. Burada o, N. Keçkinə bir neçə bıçaq zərbəsi vuraraq, xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən 2 uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan ər isə ifadəsində, hadisə zamanı özünü itirdiyini və peşman olduğunu deyib. Bundan əlavə, arvadını bıçaqlayarkən onun narkotik maddənin təsirində olduğu iddiası irəli sürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.