Kriminal

İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb

7 İyun 2023 12:00
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, iyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Naxçıvan" əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.