Kriminal

Hacıqabulda BMW ilə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

15 Aprel 2023 10:30
Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayonu ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Rayon sakini Afiq Mirzəyev idarə etdiyi BMW markalı avtomobillə yollarda avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Mirzəyev 15 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.