Kriminal

Keçmiş qudasını maşınla vurdu - Bakıda film kimi olay

14 Aprel 2023 16:36
Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dəhşətli hadisə baş verib.

Milli.Az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 51 yaşlı Rauf İslamov idarə etdiyi "Ford" markalı maşınla aralarında yaranmış münaqişə zəminində keçmiş qudası Ağsu sakini Babək Əmrahovu vurub.

Xəsarət alan Babək Əmrahov xəstəxanaya yerləşdirilib. Keçmiş qudasını vuran Rauf  İsmayılov tutulub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başladılıb. Araşdırılma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.