Ata qızının lüt şəkilləri yayılmasın deyə evini satdı - Abşeronda ailəli qadın keçmiş sevgilisi ilə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali Məhkəmədə Abşeron rayonunda sevgi münasibətində olduğu qadını şantaj edərək külli miqdarda pul almaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rauf Vəliyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Milli.Az pravda.az-a istinadla bildirir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Qeyd: R.Vəliyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ittiham irəli sürülüb.
Araşdırmalar zamanı məlum olub ki, qab-qacaq ticarəti ilə məşğul olan Rauf orta məktəbdə ondan bir sinif yuxarı oxumuş Ülviyyə Abdullayeva ilə (ad və soyad şərtidir) sevgili olub. Daha sonra onların arasındakı sevgi münasibəti universitetdə davam edib. Lakin 2002-ci ildə Raufun polis tərəfindən tutulması və avaralığa meyilli olması Ülviyyənin ondan uzaqlaşmasına səbəb olub və onların ikisi də başqa şəxslərlə ailə quraraq yollarını ayırıblar.
Bundan təxminən 17 il sonra Rauf sosial şəbəkə vasitəsilə Ülviyyəni tapıb və onlar yenidən münasibət yaradıblar. Aralarındakı sevgi münasibəti yenidən alovlanandan sonra Raufun təkidi ilə Ülviyyə çılpaq fotolarını ona göndərib. Həmin vaxt Rauf fotoları telefondan sildiyini bildirsə də, ekranın şəklini çəkərək ona göndərilmiş çılpaq fotoları özündə saxlayıb. Bu müddət ərzində onlar müxtəlif ünvanlarda görüşüblər.
Lakin daha sonra Rauf Ülviyyəni şantaj etməyə başlayıb. O, 100 min manat verməyəcəyi təqdirdə Ülviyyənin çılpaq görüntülərini yayacağını, onu qohumları, tanışları arasında rüsvay edəcəyini bildirib. Ülviyyə bu barədə atasına dedikdən sonra işə onun valideyni qarışıb və o, Raufla görüşüb. Ülviyyənin atası evini sataraq 50 min manatı 2020-ci ilin oktyabr ayının 15-də Novxanı yolunda yerləşən "Alfa" adlı kafedə Raufa verib.
Bu görüş zamanı Rauf Ülviyyənin atasına bütün görüntüləri sildiyini və daha onlardan əl çəkdiyini bildirib. Lakin 5 ay sonra Rauf yenidən Ülviyyə və atasını şantaj etməyə və daha 50 min manat tələb etməyə başlayıb. 2021-ci ilin fevral ayının 27-də polisə Raufun əməlləri barədə məlumat verildikdən sonra o tutulub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rauf Vəliyev bildirib ki, tələbə vaxtı Ülviyyə ilə evlənmək istəyib. Həmin vaxt Ülviyyənin ailəsi ondan Bakıda ev almasını tələb edib: "Həmin vaxt Bakıda mənzil almaq üçün evimizi satdıq, amma paytaxtda ev ala bilmədik. Pulumuz da batdı. Ülviyyədən 50 min manat tələb edib aldığımı etiraf edirəm və bu əmələ görə çox peşmanam".
Məhkəmədə sübut kimi Ülviyyə və Rauf arasında olmuş mesajlaşmalar elan edilib. Həmin yazışmalarda 3 uşaq atası olan Rauf Vəliyevin intim münasibətdə olduğu Ülviyyəni hədələməsi, görüntüləri onun ərinə, oğluna və sair şəxslərə göstərəcəyini deməsi qeyd edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
“Roşka”nın 5 il həbsi tələb edildi
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





