Kriminal

Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi - Ölən var - FOTO

14 Dekabr 2022 10:10
Baxış: 1 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.