Kriminal

9 ildir axtarılan Xəyalənin qalıqları tapıldı - öldürülüb

13 Noyabr 2025 13:12
Baxış: 734
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Milli.Az-a bildirilib ki, polis və Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.