Ana və iki övladını öldürməkdə təqsirləndirilən şəxs şərləndiyini deyir - Məhkəmə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və iki övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşı Ramil Hacıyev məhkəmədə hadisədən əvvəl baş verənləri danışıb: "Həmin ünvanda ailə münaqişəsi zəminində mübahisə yaranması və səs-küy olması barədə polisə məlumat daxil olub. Mən də ərazidə olduğum üçün qeyd olunan ünvana getdim. Qapını döydüm, bir uşaq cavab verdi. Qapının bağlı olduğunu dedi. Dedim ki, atana denən, qapını açsın. Uşaq bildirdi ki, atam içkilidir, yatıb, oyatsaq, bizi yenə də döyəcək. O zaman anasını çağırmasını istədim. Dedi ki, anam da gəlmir. Qapını açan olmadı. Orada olan qonuşlardan biri dedi ki, qadın başı bağlı adamdır, qapıya çıxmır. Elə bu vaxt uşaq bildirdi ki, şikayətimiz yoxdur, gedə bilərsiz.
Bölməyə məlumat verdim ki, qapını açmırlar, Fövqəladə Hallar Nazirliyi məlumatlandırılsın, bağlı qapı arxasında azyaşlı uşağın qalması barədə əraziyə xilasedicilər cəlb olunsun. Xilasedicilər gələrkən əlaqə saxladılar. Onlara vəziyyəti izah etdik. Bildirdik ki, içəridə uşaqlar var, validenyləri də yanlarındadır, amma qapını açmırlar. Bu zaman xilasedicilər bildirdilər ki, azyaşlının yanında valideynləri varsa, biz müdaxilə edə bilmərik. Onlar yoldan geri qayıtdılar".
Təqsirləndirilən şəxs Əhəd Əliyev deyib ki, qətli o törətməyib.
O bildirib ki, istintaq zamanı döyülməsi səbəbindən cinayəti törətdiyini etiraf edib: "Orada 7-8 dəqiqə olmuşam. Gülnarədən bank kartının onda olub-olmadığını soruşmaq üçün getmişdim. Dedi ki, məndə deyil, mən də oradan getdim".
Hakim cinayət işinin istintaqını aparan müstəntiqin də növbəti məhkəməyə dəvət olunacağını deyib. Bildirib ki, işdə olan videolarda kəsirlər var, müstəntiq bunun səbəbini məhkəmədə izah etməlidir.
Növbəti proses dekabrın 8-də davam edəcək.
İttihama görə, bu ilin fevralın 20-də Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladı qəsdən öldürülüb. Aparılmış istintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Əhəd Əliyev qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olub.
Qətlə yetirilən Gülnar Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.
Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib





