Kriminal

Bakıda gecə saatlarında atışma: Cavan oğlanı ov tüfəngi ilə...

1 Oktyabr 2022 09:08
Baxış: 2 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər güllələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində qeydə alınıb.

1994-cü il təvəllüdlü Piriyev Tural Xanlar oğlu naməlum şəxs tərəfindən tüfəngi ilə güllələnib.

O sağ baldır və qarın nahiyysinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.