Bakıda vəzifəli şəxsə qarşı FIRILDAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda 2 nəfərdən külli miqdarda pul alan 1985-ci il təvəllüdlü Fuad Bayramova 7 il həbs cəzası verilib. Özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Fuad Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Fuad özünü DTX-nin əməkdaşı kimi tanıtdığı Ş.Allahverdiyevə onun oğlu F.Allahverdiyevi DTX-də işə düzəldəcəyini söz verərək ondan 20 min manat alıb. Lakin Fuad Bayramov verdiyi vədə əməl etməyib.
Digər epizodda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov barəsindəki cinayət işinin nəticəsinin onun xeyrinə həll edilməsi ilə bağlı DTX əməkdaşı kimi tanıdığı Fuada müraciət edib. Fuad Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən işin müsbət həll ediləcəyini bildirərək 150 min manat tələb edib. O, həmin şəxsi inandırmaq üçün Baş prokurorla danışılaraq məsələnin müsbət həll ediləcəyini deyib.
Məhkəmədə Fuad Bayramovun müdafiəçisi ilə birgə ibtidai istintaqa verdiyi ifadəsi elan edilib: "Y.Hüseynovla görüş zamanı ona cinayət işində köməklik göstərilməsi üçün Baş Prokurorluğun rəhbərliyinin ilkin olaraq 150.000 manat məbləğində pul vəsaiti tələb etdiyini, daha sonra isə 120.000 manat pul veriləcəyi təqdirdə işinin həll olunması barədə razılığa gəldiklərini bildirdim. İlkin olaraq 100.000 manat verməli olduğunu, işin sonuna yaxın isə yerdə qalan 20.000 manat pulu verməli olduğunu dedim. Yaşar deyilən pulu hissə-hissə də olsa, tez bir müddətdə çatdıracağını bildirdi. 15 sentyabr 2021-ci il tarixdə Yaşar və qardaşı mənimlə "Həzi Aslanov" metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşüb ilk əvvəl 60.000 manat məbləğində pul vəsaiti verərək yerdə qalan pulu da tez bir müddətdə çatdıracaqlarını bildirdilər. Bir neçə gün sonra daha 10.000 ABŞ dolları və 23.000 manat pul vəsaitini verdilər. Onlardan ümumilikdə 100.000 manat məbləğində pul alıb borclarımı ödəmişəm, öz xərclərimə sərf etmişəm. Həmin məbləğdən təxminən 15.000 manat və 1400 ABŞ dollarını isə idarə etdiyim avtomobildə saxlamışdım. Daha sonra Yaşar mənimlə dəfələrlə əlaqə saxlayıb, işin nə yerdə olması barədə maraqlanıb. Söhbətləri zamanı ona 100.000 manat pulun Baş Prokurora çatdırıldığını bildirmişəm. Öz işlərimlə bağlı rayonda olduğu vaxtlarda Yaşar zəng edəndə ona işlə bağlı rayonlarda, eləcə də sonuncu dəfə DTX rəhbərliyi ilə birlikdə xarici ölkələrdə ezamiyyətdə olduğumu bildirmişəm".
Məhkəmədə zərərçəkən şəxs bildirib ki, Fuad ondan aldığı 100 min manatın yarısını istintaq müddətində qaytarıb. O, Fuadın maşınından götürülən pulların da ona ödənilməsini, yerdə qalan vəsaitin də qaytarılmasını tələb edib.
Digər zərərçəkən isə oğlunun DTX-yə işə düzəldilməsi üçün Fuadın aldığı 20 min manatı artıq geri qaytardığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən proses iyulun 1-də başa çatıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən proses iyulun 1-də başa çatıb.
Xatırladaq ki, həmin şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





