Bakıda keçmiş işçisi şirkət rəhbərini aldadaraq 32 min manat alıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçmiş müdirinə qarşı dələduzluq etmiş gəncin məhkəməsi keçirilib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı Elnur Qədimov (soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılmış işə Xətai Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə bildirilib ki, Elnur daha əvvəl "Alco Drive" ayıq sürücü şirkətində işləyib. O, həmin şirkətin sahibi olan Seymur Məmmədovla yaxşı münasibətlər qurub. Daha sonra atasının onun üçün dərman firmasında iş tapdığını bildirən Elnur Seymura işdən çıxacağını deyib.
Ötən ilin yanvar-fevral aylarında isə o, keçmiş müdiri ilə bir neçə dəfə görüşərək birgə dərman satışı işi qurmağı təklif edib və "Sonar Farm" şirkətindən hissə-hissə dərmanlar gətizdirərək böyük məbləğdə pul götürəcəklərini, 25 gün sonra isə ilk gəlirlərini əldə edəcəklərini bildirib. Bu yolla o, Seymurdan 32 min manata yaxın pul alıb.
Bir müddət keçdikdən sonra isə Seymur aldadıldığını başa düşərək Elnurdan pullarını geri tələb edib. Qarşı tərəf isə səmimi şəkildə pulları öz məsrəflərinə xərclədiyini deyib. Pullarını ala bilməyən iş adamı hüquq-mühafizə orqanlarına müraciət edib və Elnur Qədimov barəsində cinayət işi açılıb.
Məhkəmədə E.Qədimov xeyli borcunun olmasına görə keçmiş müdirini aldadaraq ondan pul almaq qərarına gəldiyini və aldığı pulların 10 min manatını geri qaytardığını bildirib.
Seymur Məmmədov isə Elnurun onunla görüşə bahalı avtomobillə gəldiyini, onu yaxşı gəlir əldə etdiyinə inandırdığını deyib.
Məlum olub ki, Elnurun istifadə etdiyi avtomobillər "Rent a car"dan icarəyə götürülübmüş.
Xətai Rayon Məhkəməsi 25 yaşlı Elnurun ilk dəfə cinayət törətməsini, dəymiş ziyanın bir hissəsini ödəməsini və sair nəzərə alaraq onun həbs edilməməsinə qərar verib. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron nəzarət cihazı tətbiq edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
XƏBƏR LENTİ
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu





