Ölkə

Gecə 00:00-dan sonra işləyən restoran aşkarlandı, 25 nəfər cərimələndi - VİDEO

16 Noyabr 2021 11:04
1 Şərh     Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı Ə.Rəcəbli küçəsində yerləşən "Altus" otelinin daxilində yerləşən restoranın karantin qaydalarını pozaraq gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həmin obyektə gecə saatlarında keçirilən baxış zamanı fakt öz təsdiqini tapıb.

Orada karantin qaydalarını pozan 22 nəfər və "Altus" otelin icarədarı Ş.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar ümumilikdə 8400 manat cərimə ediliblər. Profilaktik tədbir zamanı karantin qaydalarını pozan obyektdə olan daha 2 nəfər polisin qanuni tələbinə əməl etmədiklərinə, eləcə də tabesizlik göstərdikləri üçün onlar barəsində tərtib edilmiş protokol və toplamış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.