Ölkə

Azərbaycanda bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub

14 Noyabr 2021 10:57
0 Şərh     Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub.

Anetlikdən Milli.Az-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır.

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.

Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory