Ölkə

Polis əməkdaşı yol qəzasında öldü, daha bir polis əməkdaşı ağır yaralandı - FOTO

12 Noyabr 2021 12:10
0 Şərh     Baxış: 3 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda baş verən ağır yol qəzasında polis əməkdaşı ölüb, daha bir polis əməkdaşı isə ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə saat 03 radələrində Oğuz şəhər ərazisində baş verib.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Fərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yol kənarındakı ağaca vurub.

Qəza zamanı sürücü Ş. Seyidəliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı öncə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Şəki RMX-da İ. Səfərova ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralanan şəxslər polis əməkdaşıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.