Ölkə

Baş həkim tualetin videosunu çəkən şəxsi polisə verdi - VİDEO

11 Noyabr 2021 12:36
1 Şərh     Baxış: 2 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.

Videonu çəkən şəxsin bacısı olduğunu bildirən B. M. sosial şəbəkədə müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax rayon polis şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: "Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər".

DİN Mətbuat xidmətinin əməkdaşı Aslan Qiyaslı "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı Yexlax rayon xəstəxanasının baş həkimi tərəfindən polisə rəsmi şikayət daxil olub: "Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory