Ölkə

İmişlidə narkotik satışı ilə məşğul olan dəstə saxlanılıb - FOTO

10 Noyabr 2021 18:36
1 Şərh     Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Şirinov, Xubyarlı kənd sakini Habil Quliyev və Məhəmmədli kənd sakini Nərgiz İsmayılova sonuncuya məxsus evdə olan zaman saxlanılıblar.

N.İsmayılovaya məxsus evə keçirilən baxış zamanı oradan satış məqsədilə sellofan bükümlərdə qablaşdırılan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov və H.Quliyev narkotik maddələri əvvəlcə N.İsmayılovanın yaşadığı evə gətirərək burada sellofan bükümlərdə qablaşdırır, daha sonra isə rayon ərazisində satışını həyata keçirirlər.

Hər üç şəxs bundan əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqları üçün məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı İmişli RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.