Ölkə

Əli Əliyev saxlanıldı

6 Noyabr 2021 18:32
Baxış: 2 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayılıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Feysbuk səhifəsində paylaşıb.

Əvvəl Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib.

Baş redaktor həmçinin "Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.

Musavat.com-a bildirilib ki, hazırda VİP sədri və "Bumeranq" TV-nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.

Qeyd olunub ki, irəliləyən saatlarda VİP sədri Əli Əliyev və Elçin Rəhimzadə özləri məlumat yayacaqlar. Adları çəkilən şəxslərin sadəcə, ifadə üçün dəvət edildiyi vurğulanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.