Ölkə

Toy məclislərində “COVID-19” pasportu olmayan şəxslər aşkar edilib

31 Oktyabr 2021 13:22
0 Şərh     Baxış: 799
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan c-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Zümürxan və İmamqulubəyli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində "COVID-19" pasportu olmayan şəxslər aşkar edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.