Türk hərbi gəmisindən tarixi UĞUR: az sayda ölkə buna nail olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə hərbi gəmi istehsalı sahəsində əldə etdiyi uğurlarla diqqət çəkən Türkiyə bu müvəffəqiyyətini daha da irəlilətməyi bacarıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HAVELSAN-ın döyüş idarəetmə sistemi "Advent" bu prosesin baş rol oyunçusudur. Dünyada bənzər bir sistemi hazırlaya bilən ölkə sayı "bir əlin barmaqlarını keçməz" deyə xarakterizə olunur.
4 qitədə istifadə edilən "Advent" strateji əhəmiyyətinə görə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Türkiyənin müdafiə sənayisinin ən mühüm qurumlarından biri olan HAVELSAN yaxınlarda imzaladığı yeni müqavilə ilə əslində təkcə bir ixrac uğurundan çox daha əhəmiyyətli bir addım atmış oldu. Şirkətin açıqlamasına görə, Çili Dəniz Qüvvələri ilə imzalanan müqavilə çərçivəsində iki fırkateynin modernləşdirilməsi üçün "Advent" Savaş İdarəetmə Sistemi (SYS) təmin ediləcək.
İlk baxışda, bu xəbər bir sistemin ixracı kimi görünsə də, mütəxəssislərə görə, bu, Türkiyənin gəldiyi nöqtəni göstərən son dərəcə dəyərli bir məlumatdır. "HAVELSAN-ADVENT" sistemi nə işə yarayır, Mavi Vətən üçün nə ifadə edir və sistemin ixrac xəbərləri necə qiymətləndirilməlidir, bu sualların cavabları prosesi daha yaxşı anlamağa kömək edir.
SYS kağız üzərində "döyüş idarəetmə sistemi" olaraq qəbul edilsə də, bu konsepti daha ətraflı izah edirik. Mütəxəssis Kozan Selçuk Erkan, ADVENT-in "Dünyadakı ən yeni texnologiyalarla" inkişaf etdirildiyini vurğulayır. Erkan bu sistemin məlumatı toplamaqla yanaşı, doğru şəkildə təhlil edib, lazım olduqda digər sistemlərlə paylaşmanın həyati əhəmiyyətini qeyd edir. Bu səbəbdən, sistemin 4 fərqli versiyası mövcuddur.
Erkan bu konsepti aydınlaşdırmaq üçün konkret bir misal gətirir: "Havadakı bir İHA-nın əldə etdiyi görüntünün gəmi idarəetmə sistemində də görünməsi kimi düşünə bilərsiniz. Hətta bunun üzərinə quru platformalarını da əlavə edə bilərsiniz. Beləliklə, müxtəlif platformaların bir-biri ilə ünsiyyət qurması təmin edilir. Nəticədə gəminin yalnız öz sensorlarından asılı olmağını aradan qaldıraraq, onu uzaq sistemlərdən də anlıq məlumat ala biləcək bir səviyyəyə qaldırırsınız. Bu da sahə görüntüsünün daha da dəqiq olmasını təmin edir".
Türkiyə uzun illərdir ki, dəniz platformalarının istehsalında təcrübə qazanmışdır. Ancaq son illərdə bu qabiliyyət çox daha irəliləmişdir. Keçmişdə xarici ölkələrdən alınan texnologiya və sistemlərlə qurduğumuz gəmiləri artıq çox böyük ölçüdə özümüz istehsal edirik.
Kozan Selçuk Erkan burada vacib bir məqamı vurğulayır. O, Türk müdafiə sənayesinin inkişaf etmiş bir mərhələyə çatdığını qeyd edir: "Sadəcə gəmi istehsal edib onun radarları və ya oxşar sistemlərlə topladığımız məlumatdan daha irəli getdik. Biz artıq dənizdəki və havadakı məlumatları anlıq olaraq görürük. Yaxın gələcəkdə bəlkə də su altı insansız vasitələrlə su altı məlumatlarını da anlıq olaraq əldə edəcəyik."
O, HAVELSAN-ın Türk Dəniz Qüvvələri ilə koordinasiya edərək inkişaf etdirdiyi ADVENT sistemi ilə Türkiyənin dünyada çox az sayda ölkənin edə bildiyi bir sistemin milli imkanlarla qurulması nöqtəsinə gəldiyini izah edir. O, dünyada bu cür döyüş idarəetmə sistemini öz başına istehsal edə bilən ölkə sayısının bir əl barmaqlarını keçmədiyini bildirir.
"Artıq yalnız gəmi istehsal edib satan bir ölkə deyil, digər ölkələr tərəfindən inşa edilən gəmilərə də Türk müdafiə sənayesi məhsulları sata bilirik. Filipinlərə Gökdeniz yaxın hava müdafiə sisteminin ixracı buna bir nümunədir. İndi də HAVELSAN-ın Çiliyə ADVENT SYS ixrac etdiyini bilirik" deyə Erkan sözlərinə əlavə edib.
Bu, 4 qitəyə, 9 ölkəyə yayılmışdır. Beləliklə, Asiya, Avropa, Afrika və Cənubi Amerikada bu sistemdən istifadə ediləcək.
ADVENT dünyada 85-dən çox üzən, su altına enən, uçar, quru və insansız platforma ilə inteqrasiya olunur. Sistem, dəniz və hava platformalarında istifadə edilən 4 fərqli versiyaya malikdir.
Türkiyə, artıq dənizcilik sahəsində dünyanın ən üst səviyyəli oyunçularından biridir.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fərhad Gündoğdu saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Ərdoğanın müavini istefa verdi
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
XƏBƏR LENTİ
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)





