Teleaparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, aşıq Zülfiyyə İbadovanın toyda qazandığı puldan danışıb.
"Zülfiyyə xanım aşıqlar arasında ən zəifi mənəm deyir. Onun ən çox qazandığını gözümlə görmüşəm. Bir müğənni ilə məclisə getmişdim. Həmin toy 4 minə razılaşmışdılar. Yazıq müğənni tər-suyun içində oxuyurdu. Sonra Zülfiyyə xanım gəlib cəmi iki mahnı oxudu. Toy sahibi isə bir "paçka" 100 dolları sazının üstünə qoydu. Həmin müğənninin ürəyi getdi. Qırğın düşdü. Bir müddət sonra yenə bir məclisə düşdük. Bu dəfə də 2 mahnı oxumağına görə sazının arasına 10 min dollar qoydular. Bu barədə əlimdə görüntülər var. Videolarla sübut edə bilərəm".
Elgizin xatırlatması üzərinə Aşıq Zülfiyyə aparıcının sözlərinə Elgizin orda bu pulu necə saymasına məəttəl qaldığını bildirib.
Musa
Milli.Az