Ölkə

Sumqayıtda avtomobil aşdı - Yolda çuxuru kim və niyə qazıb? - VİDEO

29 Oktyabr 2021 19:06
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobilini usta yanına gətirən sürücü yol kənarında olan çuxura düşüb. Hadisə gecə saatlarında Sumqayıtda, Koroğlu küçəsində baş verib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sürücü Azər Hüseynov avtomobili ilə həmin küçədən hərəkət edərək usta yanına dönərkən yol kənarında olan çuxuru görməyib.

Avtomobil 6 metr enində  qazılan böyük çuxura düşərək çevrilib. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.  Sürücü isə yaxınlıqda olan insanların köməkliyi ilə maşından çıxarılıb.

Hadisə yerinə Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub.  Xüsusi kran vaistəsilə avtomobil çuxurdan çıxarılıb. Sakinlər bildirir ki, bu hadisə ilk deyil.

Məsələyə Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət bildirilib.

Qeyd olunub ki, mövcud ərazi yoldan 20 metr məsafədə və "Acıdərə" kanalının üzərində yerləşir. Həmin çuxur buradan keçən açıq kanalizasiya xəttinin birləşdiyi yer olub. Hazırda "Acıdərə" kanalının qapalı sistemə salınması pörosesi çərçivəsində həmin xətt də boruya salınıb. Ərazidə iş tam yekunlaşdıqdan sonra torpaqlanma işləri həyata keçiriləcək. O da bildirilib ki, həmin ərazi avtomobil hərəkəti üçün nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.