"Ata Abdullayev küləyin aşırdığı ağacı kəsdiyimi iddia edərək 7 min manat istədi" - Zərərçəkmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Milli.Az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.
Məhkəmədə zərərçəkmiş qismində ilk olaraq Elçin Əliyev dindirilib.
E. Əliyev bildirib ki, təqsirləndirilən şəxs tikinti aparılan zaman ağacların çıxarılmasını əsas gətirərək ondan 15 min manat istəyib: "Sabunçu rayonunda torpaq sahəsi götürmüşdüm. Ata Abdullayev mənimlə görüşəndə bildirdi ki, qanunsuz tikinti aparmaq üçün ağacları çıxarmışam. 15 min manat verməsəm, çəkib paylaşacaq. Mən də pulu vermədim. İki gün sonra o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə həmin yerə gəldi. Sonralar görüşəndə mənə dedi ki, bu hələ harasıdır? 15 min manat versəydim, videonu siləcəkdi. Həmin ilin fevral ayının sonunda Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verdim".
Vəkilin "Nəyə görə ilk olaraq polisə yox, DTX-yə məlumat verdiz" sualına zərərçəkmiş şəxs "İlk ağlıma ora gəldi", deyə cavab verib.
Daha sonra A. Abdullayev zərərçəkmiş şəxsdən adının videoda çəkilib-cəkilməməsini soruşub. E. Əliyev suala "xeyr" cavabı verib.
Prosesin davamında şahid qismində Cəmil Babayev ifadə verib.
C. Babayev ifadəsində Yasamal rayonu ərazisində obyektinin olduğunu və Ata Abdullayevin həmin obyektin qarşındakı külək nəticəsində aşan ağacı onun kəsdiyini deyərək, 7 min manat tələb etdiyini deyib: "Hələ tam istifadəyə verilməmiş obyektimin qarşıdakı ağacı külək avtomobilin üzərinə aşırmışdı. Mən də bununla bağlı müraciət etdim, ağac kəsilib götürüldü.
Hadisə baş verən günün səhəri Ata Abdullayev gəldi mənə dedi ki, ağacı mən kəsmişəm, 7 min manat verməsəm, video çəkib paylaşacaq. Mənsə ona bildirdim ki, qanunsuz nə isə varsa, çək paylaş".
Zərərçəkmiş şəxs bildirib ki, Ata Abdullayevə pul verməyib.
Zərərçəkmiş şəxsin ifadəsinə münasibət bildirən A.Abdulayev deyib ki, çəkilişlərin hamısını canlı yayımla edib.
Proses noyabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)





